Bu il 204 hündürmərtəbəli bina qazlaşdırılıb

Bu il 204 hündürmərtəbəli bina qazlaşdırılıb
# 04 iyul 2017 08:18 (UTC +04:00)

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azəriqaz” İB-dan “APA-Economics”ə verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, 2017-cı ilin yanvar-iyun ayları ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 204 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 10 139 mənzili əhatə edir.

Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR