AFFA Azərbaycan millisinin iki futbolçusunu Barselonaya göndərib

AFFA Azərbaycan millisinin iki futbolçusunu Barselonaya göndərib
# 25 noyabr 2019 13:19 (UTC +04:00)

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının iki üzvü İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marcet” Futbol Akademiyasında hazırlıq keçəcək.

Apasport.az saytının məlumatına görə, bunlar “Qəbələ”dən Rauf Rüstəmli və “Qarabağ”dan Musa Musazadədir.

Onları AFFA rəhbərliyi yeniyetmə futbolçuların inkişafı, daha rəqabətli mühitdə məşq keçməsi məqsədilə ölkə xaricinə göndərib. Futbolçular adıçəkilən akademiyada noyabrın 25-dən dekabrın 22-dək (4 həftə) təcrübə keçəcək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR