Bu il Gürcüstan turizmdən 560 mln. dollardan çox gəlir əldə edib

Bu il Gürcüstan turizmdən 560 mln. dollardan çox gəlir əldə edib
# 11 aprel 2018 14:36 (UTC +04:00)

Gürcüstan bu ilin birinci rübündə xarici turizmdən 561 mln. dollar gəlir əldə edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Bankına istinadla xəbər verir ki, bu məbləğ ötən ilin analoji dövrü ilə müqayisədə 28,6% çoxdur.

Hesabat dövründə xarici turizmdən ən çox gəlir 237 mln. dollar olmaqla mart ayının payına düşüb.

Qeyd edək ki, yanvar-mart aylarında qonşu ölkəyə səfər etmiş əcnəbi ziyarətçilərin sayı illik müqayisədə 15,5% artaraq 1 463 561 nəfər təşkil edib. Onların 353 932 nəfəri Azərbaycan vətəndaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR