BP-nin işçisi olan Azərbaycan vətəndaşlarının sayı azalmaqdadır

BP-nin işçisi olan Azərbaycan vətəndaşlarının sayı azalmaqdadır
# 20 noyabr 2017 10:30 (UTC +04:00)

2017-ci ilin üçüncü rübün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2739 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

BP-dən "APA-Economics"ə verilən məlumata görə, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ini yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

"BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ilin birinci yarısının sonuna BP-nin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2743 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR