Dələduzluq və digər cinayətdə təqsirləndirilən müstəntiqin məhkəməsi davam etdirilib

Dələduzluq və digər cinayətdə təqsirləndirilən müstəntiqin məhkəməsi davam etdirilib
# 22 noyabr 2017 13:41 (UTC +04:00)

Səbail rayon Məhkəməsində dələduzluq və digər cinayətdə təqsirləndirilən Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasovun məhkəməsi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahid Mahir Quliyev ifadə verib. Bildirib ki, zərərçəkmiş kimi tanınan Zəminə Məhərrəmova onu aldadıb Müşfiq Abbasovun əleyhinə ifadə verməyə razı salıb.

O, istintaqa verdiyi ifadəni təkzib edib.

M. Abbasov bir nəfər şahidin dindirilməsi barədə vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Proses noyabrın 27-də davam edəcək.

Qeyd edək ki, ötən ay keçirilən məhkəmə iclasında M. Abbasovun vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıb. Vəsatəti təmin olunub və o, azadlığa buraxılıb. Onun barəsində olan həbs qərarı ev dustaqlığı ilə əvəzlənib. M. Abbasov ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR