Nigeriyada silsilə partlayışlar nəticəsində 14 nəfər ölüb, 29 nəfər yaralanıb.

Nigeriyada silsilə partlayışlar nəticəsində 14 nəfər ölüb, 29 nəfər yaralanıb.
# 16 noyabr 2017 00:34 (UTC +04:00)

Nigeriyanın Borno ştatında baş vermiş silsilə partlayışlar nəticəsində 14 nəfər ölüb, 29 nəfər yaralanıb.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, 4 terrorçu-kamikadze özünü partladıb.

Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Partlayışların “Boko Haram” terrorçu qruplaşması tərəfindən təşkil edildiyi ehtimal olunur.

Qeyd edək ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. 2015-ci ildə "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR