Məşhur fransalı yazıçı Xocalı faciəsi haqqında kitab yazacaq

Məşhur fransalı yazıçı Xocalı faciəsi haqqında kitab yazacaq
# 19 yanvar 2017 14:40 (UTC +04:00)

Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Beynəlxalq Reyn Dərnəyinin prezidenti, fransız yazıçısı Jerar Kardonla görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, “Azərbaycan qadını” adlı bədii əsər yazmaq və Azərbaycan haqqında ətraflı məlumat toplamaq məqsədi ilə ölkəmizə səfərə gəldiyini nəzərə çatdıran fransız yazıçısı J. Kardon səfərinin sonunda topladığı məlumatlar əsasında bədii əsərlə yanaşı, Xocalı faciəsi haqqında kitab yazacağını bildirib.

Ə. Həsənov J. Kardonun Azərbaycan qadınları haqqında kitab yazmaq məqsədilə ölkəmizə səfər etməsini yüksək qiymətləndirib.

J. Kardon Azərbaycan qadınları haqqında kitab yazmaq arzusundan danışıb. Azərbaycan qadınlarına həsr olunmuş əsər iki hissədən ibarət roman şəklində olacaq. Burada qadınların həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması və digər məsələlər öz əksini tapacaq. Azərbaycanda gördüyü inkişafı yüksək qiymətləndirən J. Kardon bu gün Ermənistanda aclığın, yoxsulluğun baş alıb getdiyini, insanların ölkəni tərk etdiyini və oradakı xalqın hazırkı rejimə qarşı olduğunu bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR