Astanada Suriya böhranı ilə bağlı danışıqların ikinci günü başlayır

Astanada Suriya böhranı ilə bağlı danışıqların ikinci günü başlayır
# 24 yanvar 2017 03:27 (UTC +04:00)

Qazaxıstanın paytaxtı Astanada Suriya böhranı ilə bağlı danışıqların ikinci günü başlayır.

APA-nın məlumatına görə, ilk gün məsləhətləşmələr Suriya hökuməti və müxalifəti arasında əlaqəli şəkildə, BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Misturanın vasitəçiliyi ilə keçirilib. Danışıqlarda Suriyada atəşkəsin saxlanması mexanizmləri müzakirə olunub.

Danışıqlarda, yeddi tərəf iştirak edir. Bu sıraya Suriya hökuməti və müxalifətinin təmsilçiləri ilə yanaşı, Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Qazaxıstandakı səfiri daxildir. Görüş bağlı qapılar arxasında keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR