Moskvada Rusiya ali məktəblərini bitirən azərbaycanlı tələbələrin məzun günü keçirilib

Moskvada Rusiya ali məktəblərini bitirən azərbaycanlı tələbələrin məzun günü keçirilib
# 05 iyul 2017 18:07 (UTC +04:00)

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "AMOR2017 Məzun" adlı tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbir bu il Rusiyanın ali məktəblərini bitirən azərbaycanlı məzunlara həsr olunub.

Tədbirdə çıxış edən Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilatın rəhbəri Leyla Əliyeva adından Rusiya ali məktəblərini bitirən azərbaycanlı məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. E. Hacıyev azərbaycanlı məzunlara AMOR-un fəaliyyətində aktiv iştirak etdiklərinə görə təşəkkürünü də bildirib: "AMOR hər zaman sizin hər birinizin üzünə açıqdır. Bu gün məzun olmağınızı heç də AMOR-dakı fəaliyyətinizin sona çatmağı demək deyil. Siz hər zaman yeni ideyalar, planlar və layihələrlə bizə gələ bilərsiniz".

AMOR nümayəndəsi azərbaycanlı gənclərin keyfiyyətli təsil alması məsələsinin hər zaman Azərbaycan rəhbərliyinin diqqət mərkəzində oldğunu qeyd edib. Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan prezidenti İlham Əliyev iştirakçılara müraciətində xaricdə yaşayan hər biz azərbaycanlının uğuruna şad olduğunu, yaxşı olardı ki, onların yaşadıqları ölkələrdə yeksək mövqe tutmalarını, Azərbaycanı layiqincə təmsil etmələrini bildirmişdi".

Tədbirdə çıxış edən Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev azərbaycanlı məzunları ÜAK prezidenti akademik Fazil Qurbanov adından təbrik edib: "Bu gün sizin çiyinlərinizə ikiqat məsuliyyət düşür. Ona görə ki, məhz siz burda Azərbaycanı təmsil edirsiniz. Sizə layiqli Rusiya vətəndaşı və tarixi vətəniniz Azərbaycanın nümayəndəsi olmağınızı arzulayıram".

Tədbir çərçivəsində AMOR-un fəaliyyətində fəal iştirak edən məzunlar mükafatlandırılıblar.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR