Rusiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb

Rusiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb
# 22 oktyabr 2016 01:52 (UTC +04:00)

Bakı-APA. Rusiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 3 nəfər sağ qalıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yamal-Nenetsk Muxtar Dairəsinin ərazisində baş verib.

Mİ-8 tipli helikopterin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.

“Qəzanın baş verdiyi yer aşkarlanıb. İlkin məlumata görə, 19 nəfər ölüb, 3 nəfər sağ qalıb. Hadisə yerinə xilasedicilər cəlb edilib. Helikopterin “qara qutusu” axtarılır”, Rusiya FHN-dəki mənbə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR