Milli Məclis bəzi qanunlara dəyişiklik edib

Milli Məclis bəzi qanunlara dəyişiklik edib
# 30 dekabr 2016 09:24 (UTC +04:00)

Milli Məclisin payız sessiyasının son plenar iclasında bir sıra qanunlara dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.


APA-nın məlumatına görə, müzakirəyə çıxarılan "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Nəşriyyat işi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında","Lotereyalar haqqında" və "Təhsil haqqında" qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrində dəyişiklik texniki xarakterlidir və 2015-ci il martın 15-də qəbul edilmiş “Reklam haqqında” qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR