Qubada iki maşın toqquşub

Qubada iki maşın toqquşub
# 25 fevral 2017 10:29 (UTC +04:00)

Bu gün Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumatına görə, şəhərin Heydər Əliyev prospektində "VAZ 2109" markalı avtomaşınla "İnfiniti" markalı avtomobil toqquşub.

Qəza nəticəsində Qusar rayon sakini, 1986-ci il təvəllüdlü Kamran Xasayev xəsarət alıb.

O, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR