Barselonada baş verən yanğında 26 nəfər xəsarət alıb

Barselonada baş verən yanğında 26 nəfər xəsarət alıb
# 19 dekabr 2019 15:13 (UTC +04:00)

Barselonada məşhur Sagrada Familia kilsəsinin yaxınlığında baş verən yanğın nəticəsində yaralananların sayı 26-ya çatıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə, bu barədə təcili yardım xidməti məlumat verib.

Daha əvvəl zərərçəkənlərin 18 nəfər olduğu deyilirdi.

9 nəfərin yüngül, 4 nəfərin orta və 1 nəfərin ağır yanıq xəsarətləri aldığı bildirilib. 12 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.

12 yanğınsondürmə briqadası hadisə yerinə cəlb olunub.

Yanğın kilsəyə yaxın yaşayış binalarından birində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR