Xudat-Yalama yolunda maşın aşıb, xəsarət alanlar var

Xudat-Yalama yolunda maşın aşıb, xəsarət alanlar var
# 25 yanvar 2018 09:06 (UTC +04:00)

Xudat-Yalama yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, "Priora" markalı maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər - 1980-ci il təvəllüdlü Alibekov Elşad Əmirbala oğlu, 1980-ci il təvəllüdlü Nəsirov Zamin Elman oğlu və 1970-ci il təvəllüdlü Babayev Mehman Seyfəddin oğlu xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisi evə buraxılıb, M.Babayevin müalicəsi isə tibb müəssisəsində davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR