İsmayıllıda ev, Lənkəranda avtomobil yanıb

İsmayıllıda ev, Lənkəranda avtomobil yanıb
# 03 may 2024 10:31 (UTC +04:00)

İsmayıllı rayonunda yanğın olub.

FHN-dən APA-ya verilən xəbərə görə, İsmayıllı rayonunun Quşencə kəndində ümumi sahəsi 90 m² olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Lənkəran şəhərində isə "ВАЗ" markalı minik avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR