Gəncə sakini ciddi yanıq xəsarətləri alıb

Gəncə sakini ciddi yanıq xəsarətləri alıb
# 21 iyul 2017 00:43 (UTC +04:00)

Gəncə sakini yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1969-cu il təvəllüdlü Mustafayev Rasim Fəxrəddin oğlu yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Aşağı ətrafın 2-3-cü dərəcəli yanığı xəsarətləri alan R. Mustafayevin vəziyyəti orta ağırdır.

Məlumata görə, Dədə Qorqud küçəsi bina 5-də yaşayan R. Mustafayev ağır dərəcəli sərxoş vəziyyətdə siqaret çəkən zaman şalvarı yanaraq onun aşağı ətrafını yandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR