"Bank Avrasiya"nın depozit portfeli azalıb

 "Bank Avrasiya"nın depozit portfeli azalıb
# 20 iyul 2018 08:59 (UTC +04:00)

"Bank Avrasiya" ASC-nin aktivlərinin həcmi 2018-ci il iyulun 1-nə 169 mln. 444 min. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,06% çoxdur.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 4,04% artaraq 90 mln. 828 min manat olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 6 ayında bankın depozit portfeli 13,3% azalaraq 32 mln. 814,2 min manat təşkil edib.

Cari ilin ilk 6 ayı ərzində bankın məcmu kapitalı 3,22% artaraq 63 mln. 194 min. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib.

Altı ayda "Bank Avrasiya"nın gəlirləri 6 mln. 675,7 min manata, xərcləri isə 3 mln. 592 min manata çatıb.

Qeyd edək ki, bu ilin ilk 6 ayında bankın əldə etdiyi mənfəət 4 mln. 645 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR