Elmar Məmmədyarov Qırğız Respublikasının səfirini qəbul edib

Elmar Məmmədyarov Qırğız Respublikasının səfirini qəbul edib
# 07 iyul 2017 12:28 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Azərbaycandakı səfiri Aycigit Buranovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən APA-ya bildirilib ki, səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Aycigit Buranova gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR