Tovuzda avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb

Tovuzda avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb
# 24 dekabr 2016 14:47 (UTC +04:00)

Tovuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, Tovuz şəhərində hərəkətdə olan “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı sürücü, Tovuz rayon sakini 1991-ci il təvəllüdlü Seymur İsmayılov müxtəlif bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR