Gürcüstanın yarımillik elektrik enerjisi idxalının 87%-i Azərbaycanın payına düşüb

Gürcüstanın yarımillik elektrik enerjisi idxalının 87%-i Azərbaycanın payına düşüb
# 26 iyul 2018 09:19 (UTC +04:00)

Bu ilin ilk yarısında Gürcüstan Azərbaycandan 516 mln. 628 min kv/saat elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”na (ESCO) istinadən xəbər verir. Hesabat dövründə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 592 mln. 13 min kv/saat olub ki, bunun da 87,2%-i Azərbaycanın payına düşüb.

Bu ilin ilk 6 ayı ərzində Gürcüstanın Azərbaycana ixrac etdiyi elektrik enerjisinin həcmi isə 13 mln. 857 min kv/saat təşkil edib. Qonşu ölkənin hesabat dövründə ixrac etdiyi elektrik enerjisinin ümumi həcmi 456 mln. 27 min kv/saat olub. Bu həcmin 3,04%-i Azərbaycanın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR