Səudiyyə Ərəbistanının hasilatı artıracağı ilə bağlı bəyanatı nefti ucuzlaşdırır

Səudiyyə Ərəbistanının hasilatı artıracağı ilə bağlı bəyanatı nefti ucuzlaşdırır
# 05 noyabr 2016 07:49 (UTC +04:00)

Dünya birjalarında neftin qiymətində azalma müşahidə olunur.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar azalaraq 44,07 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,77 dollar azalaraq 45,58 dollar olub.

Neftin ucuzlaşmasına Səudiyyə Ərəbistanın neft hasilatını gündəlik 12 mln. barelə qədər artıracağı ilə bəyanatı səbəb olub. Rəsmi Ər-Riyad İran və İraqın “qara qızıl” hasilatını əvvəlki həcmə çatdırmaq niyyətinə cavab olaraq bu addımı atacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR