Lənkəranda avtobusdan yıxılan qadın ağır xəsarət alıb

Lənkəranda avtobusdan yıxılan qadın ağır xəsarət alıb
# 20 sentyabr 2017 07:07 (UTC +04:00)

Lənkəranda sərnişin avtobusundan yıxılan qadın ağır xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Ləj kənd sakini Bağdagül Qasımova mikroavtobus dayanmamış enmək istəyib. Nəticədə avtomobildən yıxılaraq, ağır xəsarət alıb. Dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR