Aralıq dənizində 7 miqrantın meyiti tapılıb

Aralıq dənizində 7 miqrantın meyiti tapılıb
# 21 dekabr 2016 21:11 (UTC +04:00)

Aralıq dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 300-ə yaxın miqrant xilas olunub.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.

Son sutka ərzində həmçinin dənizdə batan 7 miqrantın meyiti aşkarlanıb.

Dekabrın 1-ə olan məlumata əsasən, ilin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 170 min miqrant və qaçqın gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR