Gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 mln. manat yönələcək

Gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 mln. manat yönələcək
# 01 dekabr 2016 11:18 (UTC +04:00)

Gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

"APA-Economics"in məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, "Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi"ndə proqnozların tərtibi zamanı gələn il əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi nəzərə alınıb.



Nazir əlavə edib ki, gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 mln. manatın sərf olunacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR