Marneulinin yeni icra başçısı noyabrın 12-də səlahiyyətlərinin icrasına başlayacaq

Marneulinin yeni icra başçısı noyabrın 12-də səlahiyyətlərinin icrasına başlayacaq
# 07 noyabr 2017 16:42 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun yeni seçilmiş icra başçısı Temur Abazov noyabrın 12-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

T.Abazovla yanaşı, yeni seçilmiş 58 mer və icra başçısı qeyd olunan tarixdən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.

Xatırladaq ki, oktyabrın 21-də Gürcüstanda keçirilmiş yerli özünüidarəetmə seçkilərinin nəticələrinə görə Temur Abazov 69,71 faiz səslə Marneuli rayonunun icra başçısı seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR