İrandan Azərbaycana tiryək keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana tiryək keçirmək istəyən şəxs saxlanılıb
# 06 yanvar 2017 12:44 (UTC +04:00)

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan piyada yolla ölkəmizə gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, həmin vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) narkotik vasitələr - bir ədəd bükümdə, xalis çəkisi 9,850 qram təşkil edən heroin və bir ədəd bükümdə, xalis çəkisi 0,5 qram təşkil edən tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR