Milli Məclisdə büdcə müzakirələrinin vaxtı müəyyənləşib

Milli Məclisdə büdcə müzakirələrinin vaxtı müəyyənləşib
# 22 noyabr 2016 08:35 (UTC +04:00)

Noyabrın 30-da və dekabrın 1-də Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisdə komitələrin birgə müzakirəsinə çıxarılacaq.

MM-dən APA-ya verilən məlumata görə, komitələrin iclasında plenar iclasa tövsiyə olunduğu təqdirdə, layihələrin dekabrın 6-da, 7-də və 8-də plenar iclasların müzakirəsinə çıxarılması gözlənilir.

Büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR