Xarici işlər naziri: “İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri fevralda başlayacaq”

Xarici işlər naziri: “İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri fevralda başlayacaq”
# 21 yanvar 2014 09:58 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri fevralda başlayacaq.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, İran və “altılıq” ölkələrinin xarici işlər nazirlərinin də bəzi müzakirələrdə iştirak etməsi barədə qərar qəbul olunub: “Mən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla tez-tez fikir mübadiləsi aparıram. Biz ölkələrin nazirlər səviyyəsində müzakirələrə qatılmasını da müzakirə etmişik. Əvvəlki danışıqlarda ehtiyac duyulduğundan müzakirələr nazirlər səviyyəsində baş tutub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR