«Bank Technique»in aktivləri son bir ildə 12% artıb

«Bank Technique»in aktivləri son bir ildə 12% artıb
# 28 noyabr 2013 10:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Technique» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 450,961 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12,3% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 6,5% azalaraq 311,235 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 74,609 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə nisbətən 8,1% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 18,2% azalaraq 96,134 mln. manata, onların məcmu kredit portfelində xüsusi çəkisi isə 4,4 faiz bəndi azalaraq 30,9%-ə düşüb.

Bankın depozit portfeli son bir ildə 35,8% artaraq 235,505 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 154,899 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 39,1% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 52,828 mln. manat, o cümlədən nizamnamə kapitalı 9,8% artaraq 75,100 mln. manat təşkil edib. Qeyd edək ki, ötən il oktyabrın 1-nə bankın məcmu kapitalı mənfi 23,788 mln. manat olub.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 40,5% artaraq 110 585, o cümlədən fiziki şəxslərin sayı 46,2% artaraq 101 770, hüquqi şəxslərin sayı 17,1% azalaraq 5 815 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 52 397-ə bərabər olub ki, bu da illik müqayisədə 36,8% çoxdur. O cümlədən, debet kartların sayı 30,0% artaraq 42 523-ə, kredit kartların sayı 76,8% artaraq 9 874-ə çatıb.


Hazırda bankın ölkə üzrə 32 filialı, 68 bankomatı, 2 705 POS-terminalı fəaliyyət göstərir. Bankın 769 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR