NATO ölkələri Rusiya ilə münasibətlərə yenidən baxacaq

NATO ölkələri Rusiya ilə münasibətlərə yenidən baxacaq
# 31 mart 2014 13:03 (UTC +04:00)

APA-nın “İnterfaks-Ukrayna”ya istinadən verdiyi məlumata görə, görüşdə nazirlər Ukrayna ətrafındakı prosesləri müzakirə edəcəklər, habelə Rusiya ilə münasibətlərə yenidən baxacaqlar.

Nazirlərin görüşü çərçivəsində Ukrayna xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Deşitsanın iştirakı ilə Ukrayna-NATO komissiyasının toplantısı da keçiriləcək.

NATO ölkələrinin XİN başçıları həmçinin alyansın Uelsdə planlaşdırılan sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Adını açıqlanmasını istəməyən yüksək rütbəli NATO təmsilçisi bildirib ki, nazirlərin görüşünün yekunlarına dair bəyanatın qəbul olunacağı gözlənilir.

“Nazirlər Ukraynanın ərazi bütövlüyünə güclü dəstək ifadə edəcəklər. Rusiyanın atdığı addımlar avroatlantik təhlükəsizliyə çağırışdır, Moskva oyun qaydalarını və beynəlxalq qanunları pozur. Biz əvvəlki kimi Rusiya ilə münasibətləri davam etdirə bilmərik”, - deyə o vurğulayıb.

NATO təmsilçisi onu da bildirib ki, artıq Rusiya ilə işgüzar görüşlər dayandırılıb. Lakin səfirlər səviyyəsində diplomatik dialoq üçün imkan hələ də saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR