Azərbaycan millisi İslam Ölkələrinin III Həmrəylik Oyunlarında daha 1 medal qazanıb

Azərbaycan millisi İslam Ölkələrinin III Həmrəylik Oyunlarında daha 1 medal qazanıb
# 23 sentyabr 2013 14:03 (UTC +04:00)

Bakı - APA. Azərbaycan yığması İndoneziyada keçirilən İslam Ölkələrinin III Həmrəylik Oyunlarında uğurlu startını davam etdirir. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə komandamız daha 1 medala sevinib.


Bu dəfə də karateçimiz fəxri kürsüyə yüksəlib. Təmsilçilərimizdən Şahin Hətəmovun (+84 kq) ardınca Ayxan Məmmədov da çıxışını medalla başa vurub. 84 kq-da gücünü yoxlayan idmançımız İraq, Liviya və Misir karateçilərinə qalib gələrək, çempion adına yiyələnib.

Qeyd edək ki, Hətəmov finalda uduzaraq, gümüş medalla kifayətlənmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR