Professor Abuzər Xələfovun “Kitabxanaşünaslığın tarixi və metodologiyası” kitabının təqdimat mərasimi keçirilib - FOTO

Professor Abuzər Xələfovun “Kitabxanaşünaslığın tarixi və metodologiyası” kitabının təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 19 iyun 2014 14:08 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, professor Abuzər Xələfovun “Kitabxanaşünaslığın tarixi və metodologiyası” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov bildirib ki, professor A.Xələfovun böyük zəhmət bahasına ərsəyə gətirdiyi kitab kitabxanaşünaslıq ixtisası üzrə təhsil alan gənclərin yetişməsində öz töhfəsini verəcək: “Azərbaycanda kitabxanaşünaslığının banisi, professor Abuzər Xələfov bu əsərində beş min illik yazı-kitab tarixini əhatə edib, çoxsaylı elmi mənbələr əsasında kitabxanaşünaslığın təkamülünün təsnifatını və təhlilini aparıb”.

Tədbirdə kitabxanaçılığın inkişafındakı mühüm xidmətlərinə görə professor A.Xələfova Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” medalı və döş nişanı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR