Azərbaycan XİN rəhbəri avstraliyalı deputatlarla görüşüb

Azərbaycan XİN rəhbəri avstraliyalı deputatlarla görüşüb
# 02 noyabr 2015 16:23 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deputat Luke Simpkinsin rəhbərlik etdiyi Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Avstraliya arasında ikitərəfli münasibətlərin inkişafının məmnunluq doğurduğunu bildirən E. Məmmədyarov bu xüsusda qarşılıqlı səfərlərin mübadiləsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Dövlətlərarası əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rolunu qeyd edən E. Məmmədyarov iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının təsis edilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.

L. Simpkins uğurlu parlament seçkiləri ilə əlaqədar təbriklərini çatdıraraq, seçki müşahidə missiyası kimi seçkilərdə iştirak etdiklərini və seçki prosesinin yüksək səviyyədə təşkil edildiyini və keçirildiyini qeyd edib. Bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidvar olduğunu deyən qonaq Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyini nailiyyətlərinin onlarda böyük təəssüratlar yaratdığını bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət və humanitar sahədə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR