Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

 Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 16 iyul 2015 07:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Elxan Mustafayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, prosesin baxış iclası isə iyulun 28-nə təyin edilib.


Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə və digər hüquqazidd əməllərin törədilməsində şübhəli bilinən Elxan Mustafayev tutulub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Mustafayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elxan Mustafayev apellyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR