Siyasi partiyaların illik hesabatı ilə əlaqədar MSK Katibliyinin strukturu dəyişdirilib

Siyasi partiyaların illik hesabatı ilə əlaqədar MSK Katibliyinin strukturu dəyişdirilib
# 07 aprel 2015 13:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliyə əsasən, bu ildən etibarən siyasi partiyaların illik hesabatlarının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması ilə əlaqədar MSK-nın Katibliyinin strukturunda dəyişiklik edilib.

APA-nın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, siyasi partiyalarla MSK arasında münasibətlərin tənzimlənməsi üçün MSK Katibliyinin strukturunda dəyişiklik edilməsinə zərurət yaranıb.

Bununla əlaqədar MSK-nın Katibliyində yeni sektor yaradılacaq. Daha sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR