“Deka Bank” Mərkəzi Bankın məcmu kapitala olan tələbini yerinə yetirib

“Deka Bank” Mərkəzi Bankın məcmu kapitala olan tələbini yerinə yetirib
# 13 yanvar 2015 12:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Deka Bank” Mərkəzi Bankın məcmu kapitala olan tələbini yerinə yetirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin 11 ayının nəticələrinə görə, bankın məcmu kapitalı 55 mln. 143,41 min manat təşkil edib.

“Deka Bank”in nizamnamə kapitalı da 50 mln. manatı ötüb. Belə ki, 2014-cü ilin dekabrı ayının 1-nə, bankın nizamnamə kapitalı 52 mln. 767 min manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR