Bakıda “Energokredit” layihəsinin təqdimatı keçirilir

Bakıda “Energokredit” layihəsinin təqdimatı keçirilir
# 25 noyabr 2014 07:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda kiçik və orta müəssisələrdə, yerli şirkətlər və ev təsərrüfatlarında enerji resurslarının daha yaxşı istifadə olunmasını artırmaq üçün “Energokredit” layihəsini təqdimatı keçirilir.

APA-Economics”in xəbərinə görə, tədbirdə AYİB-in Bakıdakı nümayəndəliyinin rəhbəri Nil MakKeyn, Avstriya Maliyyə Nazirinin nümayəndəsi Leander Treppel və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard iştirak edir.

Layihənin əsas məqsədi öz müştəriləri arasında dayanıqlı enerji sərmayələrini təşviq etmək üçün yerli maliyyə institutlarına dəstək olmaq, habelə özəl biznes və təsərrüfatlarına bu yanaşmaların texniki və maliyyə üstünlüklərini nümayiş etdirməkdir.

Qeyd edək ki, kredit sənaye müəssisələri və mənzillərdə enerji sərfiyyatını azaltmaq və bərpa olunan enerji ehtiyatlarından daha geniş istifadəni təşviq etməyə yardım məqsədilə AYİB-in 2007-ci ildən başladığı Qafqaz Regionunda Enerji Səmərəliliyi Proqramının (QESP) bir hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR