FHN: Ötən sutka 34 yanğına çıxış olub, 6 nəfər xilas edilib - VİDEO

FHN: Ötən sutka 34 yanğına çıxış olub, 6 nəfər xilas edilib - VİDEO
# 30 aprel 2024 10:43 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər, o cümlədən avtoqəzalar zamanı nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR