Şəmkirdə minik maşını dəmir arakəsməyə çırpılıb, sərnişin ölüb - FOTO

Şəmkirdə minik maşını dəmir arakəsməyə çırpılıb, sərnişin ölüb - FOTO
# 30 aprel 2024 07:59 (UTC +04:00)

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan BMW markalı minik maşını yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı sərnişin, rayonun Mahmudlu kənd sakini - 1985-ci il təvəllüdlü Aslan Kirov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR