Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəlindən 7% artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəlindən 7% artıb
# 07 iyul 2014 11:48 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2014-cü ilin iyulun 1-nə 15 163,2 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 442,8 mln. dollar və ya 19,2% çoxdur.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, cari ilin əvvəlindən artım 1 011,2 mln. dollar və ya 7,1% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR