Bir nəfəri öldürməkdə, iki nəfəri yaralamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

 Bir nəfəri öldürməkdə, iki nəfəri yaralamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 12 mart 2015 13:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, iki nəfəri yaralamaqda təqsirləndirilən İsmayıl Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası martın 19-a təyin edilib.

Qeyd edək ki, ötən il iyulun 24-də Xaçmazda İsmayıl Cəbrayılov münaqişə zəminində həmyerliləri Elşən Əhmədova, Eyvaz Cəbrayılova və Emil İsayevə bıçaqla xəsarət yetirib. Nəticədə Elşən Əhmədov hadisə yeridə ölüb, Eyvaz Cəbrayılov və Emil İsayev xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR