Azərbaycanda turizmin inkişaf ilə bağlı strateji plan hazırlanır

Azərbaycanda turizmin inkişaf ilə bağlı strateji plan hazırlanır
# 20 dekabr 2012 13:55 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən APA-ya verilən məlumata görə, planın hazırlanması üzrə işlərə artıq start verilib.

Bununla əlaqədar olaraq Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, ekspertlər Azərbaycana dəvət olunub və 5 gün müddətində Azərbaycanın sahil zonası, yəni dəniz sahələri ərazilərində araşdırmalar aparılıb. Nümayəndələr Siyəzən, Şabran, Xaçmaz, Lənkəran və Qusarda yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində olublar.

Bildirilib ki, onlar bütün məlumatları toplayaraq araşdırmaq məqsədi ilə özləri ilə aparıblar. Yaxın vaxtlarda Mədəniyyət və Turizm Nazirliyinə Strategiya Planının ilkin layihəsi təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR