Gələn ilin dövlət büdcəsində nəzərdə tutulan sanatoriya kurort müalicəsi yollayışları ilə bağlı xərclər artırılıb

Gələn ilin dövlət büdcəsində nəzərdə tutulan sanatoriya kurort müalicəsi yollayışları ilə bağlı xərclər artırılıb
# 28 noyabr 2014 10:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulan sanatoriya kurort müalicəsi yollayışları ilə bağlı xərclər artırılıb.

APA-Economics”in məlumatına görə, Milli Məclisin plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev büdcənin müzakirəsi zamanı deputatların irəli sürdüyü məsələlərə münasibət bildirərkən deyib ki, səsləndirilən təkliflər bir daha müzakirə olunub və təkliflər nəzərə alınıb.

“Sığorta olunanların sanatoriya kurort müalicəsi və sağlamlaşdırma tədbirlərin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası vasitəsi ilə maliyyələşdirilən xərclərin proqnozu 19 milyon manat dəyərində nəzərdə tutulurdu. Bu, 2014-cü ilə nisbətən 2,2% çox idi. Artımın 122,8 min manatı sanatoriya kurort müalicəsi və istirahət üçün yollayışların alınması üzrə xərclərin artırılması, 30,3 min manatı sığorta olunanların uşaqlarının sağlamlıq düşərgələrinə istirahətini təmin etmək, 167,4 min manatı AHİK-in idman cəmiyyətlərində idman qurğularının saxlanması sistemində əmək haqlarının ödənişi istiqamətində, 84,8 min manatı AHİK-in texniki və əməyin hüququ müdafiəsi həkim, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanması xərcləri üzrə, 9,7 min manat artım isə sanatoriyalarda yemək xərcləri və tibbi yardımla bağlı idi. Daxili ehtiyatlarımız bir daha nəzərdən keçirildi və əlavə olaraq sanatoriya kurort müalicəsi yollayışların daha 100 min manat artımı üzrə proqnozlarda müəyyən dəyişikliklər oldu. Əgər millət vəkillərimiz səs verərlərsə, o zaman gələn il üçün nəzərdə tutulan sahənin xərcləri artıq 222 min manat olacaq”, - deyə E. Mehdiyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR