Dünya Kuboku: Şəhriyar Məmmədyarov yarışda mübarizəni dayandırıb

Dünya Kuboku: Şəhriyar Məmmədyarov yarışda mübarizəni dayandırıb
# 25 sentyabr 2015 17:53 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, yarışda bu gün 1/4 final mərhələsinin tay-brek görüşləri keçirilib.

Yarımfinal üçün əlavə matçlarda Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov da oynayıb. İlk 2 görüşdə Sergey Karyakinlə (Rusiya) heç-heçə edən həmyerlimiz bu dəfə sürətli şahmatda üz-üzə gəlib. Lakin 25 dəqiqə + 10 saniyə sistemi üzrə keçirilən 2 matçda da qalib müəyyənləşməyib.

Qrossmeysterlər növbəti mərhələdə daha sürətli (10+10) şahmatda münasibətlərinə aydınlıq gətiriblər.

Bu dəfə isə həmyerlimiz rəqibinə həm ağ, həm də qara fiqurlarla məğlub olaraq yarışda mübarizəni dayandırıb.

Dünya Kuboku

1/4 final mərhələsi, tay-brek oyunları

Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmədyarov (Azərbaycan) - 2:0

İlk 2 oyun: 1:1

Tay-brek matçları (25+10) - 1:1

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynovla Teymur Rəcəbov üçüncü mərhələdə mübarizəni dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR