Bakıda İstanbul Shopping Festivalının tanıtım toplantısı keçirilib - FOTO

Bakıda İstanbul Shopping Festivalının tanıtım toplantısı keçirilib - <span style="color: red;">FOTO
# 01 may 2013 08:16 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Bu gün Bakıda 8-30 iyun tarixlərində keçiriləcək İstanbul Shopping Festivalının tanıtım mərasimi keçirilib. APA-nın xəbərinə görə, tanıtım mərasimində festivalın Təşkilat Komitəsinin sədri Vahab Küçük, Təşkilat Komitəsinin üzvü Hüseyin Doğan, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Seyid Əhməd Arslan və azərbaycanlı sənətçilər Alim Qasımov və Tünzalə Ağayeva iştirak edib.

İstanbul Shopping Festivalının təşkilat komitəsinin sədri Vahab Küçük bu il 3-cü dəfə keçiriləcək, alış-veriş və əyləncə festivalının məqsədinin İstanbul şəhərinin dünyaya daha yaxşı tanıdılması olduğunu söyləyib. Onun sözlərinə görə, keçən ilin iyun ayında festivalla bağlı İstanbula gedən azərbaycanlıların sayı 35 % artıb : “Hər il olduğu kimi bu ildə festivalın tanıtımına Azərbaycandan başladıq. Bu, bir daha aramızda olan dostluq və yaxınlığın göstəricisidir. Bu il türk markalarına böyük maraq göstərən azərbaycanlıların sayının daha da artacağını gözləyirik”.

Əsas məqsədin İstanbulun dünyanın alış-veriş mərkəzlərindən birinə çevirmək olduğunu açıqlayan V.Küçük bu il festivala qatılan turistlərə yeni bir xidmət təqdim olunacağını deyib: “ Bu il həyata keçirdiyimiz İSF Traveler Card əldə edən turistlər festival çərçivəsində hotel və restoranlarda özəl endirim xidmətlərindən yararlana biləcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR