Xaçmazda seçki komissiyalarının üzvləri və məntəqə sədrləri üçün kurslara start verilib - FOTO

Xaçmazda seçki komissiyalarının üzvləri və məntəqə sədrləri üçün kurslara start verilib - <span style="color: red;">FOTO
# 24 avqust 2015 11:33 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün 55 saylı Xaçmaz Dairə Seçki Komissiyasının (DSK) inzibati binasında dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üç günlük kurslara start verilib. Azərbaycan prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə keçirilən kurslar üç gün davam edəcək. APA-nın şimal bürosunun verdiyi məlumata görə, təlimlər avqustun 24-dən 26-dək keçiriləcək.

Kursların ilk günü iştirakçılara “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” və “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri” mövzuları tədris olunub.

Qeyd edək ki, Xaçmazda 39 seçki məntəqəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR