Avropa Birliyi insan hüquqları və demokratiya üzrə Strateji Çərçivə qəbul edib

Avropa Birliyi insan hüquqları və demokratiya üzrə Strateji Çərçivə qəbul edib
# 25 iyun 2012 15:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Birliyinin Xarici İşlər Şurası insan hüquqları və demokratiya üzrə Strateji Çərçivənin həyata keçirilməsi üçün Fəaliyyət Planı qəbul edib. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk dəfədir ki, Avropa Birliyinin belə mühüm siyasi sahədə birgə strateji çərçivəsi və onun icrası üçün geniş çeşidli tədbirlər planı hazırlanıb.

AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton bildirib ki, insan hüquqları məsələsi onun əsas prioritetlərimdən biridir: “Bu hərtərəfli paketlə biz AB-nın insan hüquqları siyasətinin səmərəliliyini və onun tanınmasını artırmaq istəyirik. Çərçivəni və Fəaliyyət Planını həyata keçirmək üçün AB-nın insan hüquqları üzrə xüsusi nümayəndəsinin təyin olunmasını təklif etmişəm. Onun tezliklə təyin olunacağına ümid edirəm”.

Qeyd edək ki, çərçivədə növbəti on ildə AB-nın siyasətinin səmərəliliyini və onun daimiliyini artırmağa xidmət edəcək prinsiplər, məqsəd və prioritetlər müəyyən edilir. Fəaliyyət Planının isə öhdəliklərindən biri ondan ibarətdir ki, AB dünyada insan hüquqları və demokratiyaya dair illik hesabatlarında öz məqsədlərinin əldə edilməsi istiqamətindəki işin icrasını təqdim etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR