Sabirabadda qadağan olunmuş dini ədəbiyyat aşkarlanıb

Sabirabadda qadağan olunmuş dini ədəbiyyat aşkarlanıb
# 31 iyul 2012 09:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Sabirabad sakininin evindən qadağan olunmuş dini ədəbiyyat götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon sakini Elvin Muradovun qanunla qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etməsi müəyyən edilib və yaşadığı evə baxış zamanı 5 min 765 ədəd dini məzmunlu kitabça, jurnal və broşürlar, 515 ədəd dini və pornoqrafik xassəli disk, kitabçalar hazırlamaq üçün kompüter, printer və digər ləvazimatlar aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR