«Aztelekom» abunəçilərinin sayını 1 mln-a çatdırmaq niyyətindədir

«Aztelekom» abunəçilərinin sayını 1 mln-a çatdırmaq niyyətindədir
# 29 mart 2012 12:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi şəbəkənin tam istismarı, mövcud abunəçilərin sayının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, aparılan işlər nəticəsində rayon telekommunikasiya qovşaqları tərəfindən xidmət göstərilən abunəçilərin sayı 700 minə çatıb ki, hədəf bu rəqəmi 1 mln-a çatdırmaqdır.

Qeyd edək ki, hazırda «Aztelekom»un xidmət ərazisində hər 100 nəfərə düşən telefonların sayı 12-yə, 100 ailəyə düşən telefonların sayı isə 57-yə bərabərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR