Jurnalistlər üçün daha bir yazı müsabiqəsi elan edilib

Jurnalistlər üçün daha bir yazı müsabiqəsi elan edilib
# 12 mart 2012 11:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi "Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi" jurnalistlər üçün “Vərəmlə bağlı stiqmaya qarşı mübarizə" mövzusunda yazı müsabiqəsi elan edib. APA-nın məlumatına görə, bu barədə "Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi"nin səhiyyə kommunikasiyası üzrə proqram meneceri Ayla Ələsgərova bu gün 24 mart - Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar keçirilən tədbirdə bildirib. Onun sözlərinə görə, müsabiqənin nəticələri avqustun sonunda açıqlanacaq. Jurnalistlər yazılarını avqustun 1-dək təqdim edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR